"Atletiko"da 9 illik müqavilə

Madridin "Atletiko” klubu futbolçusu Saul Niqeslə yeni müqavilə bağlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçinin başa çatan sözləşməsinin müddəti 2026-cı ilə qədər uzadılıb.

"Atletiko”nun yetirməsi olan futbolçu 2012-ci ildən əsas komandanın üzvüdür.

Qeyd edək ki, Saul Niqes 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında 5 qolla bombardir olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar