"Trampın nadanlığı ilə təhqir olunmuşam" - Olbrayt

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq dövlət katibi Madlen Olbrayt Prezident Donald Trampın miqrasiya fərmanını tənqid atəşinə tutub. Diplomatın sözlərinə görə, sözügedən sənəd bir «qaçqın və nənə olaraq», onu təhqir edir.

ABŞ-ın sabiq dövlət katibi 1939-cu ildə - Çexoslavakiyanın almanlar tərəfindən işğal olunmasından sonra, valideynləri ilə birlikdə Londona qaçıb.

«İmmiqrant və qaçqın olaraq, mən fərmanın qəddarlığı ilə təhqir olunmuşam, mən onun nadanlığı ilə təhqir olunmuşam» - deyə, Olbrayt özünün «Tvitter»ində yazıb.

Olbrayt ABŞ Dövlət Departamentinə başçılıq edən ilk qadın olub. O, həmin idarəyə Bill Klintonun prezidentliyi dövründə (1997-2001) rəhbərlik edib.

Xatırladaq ki, Trampın məlum fərmanəna uyğun olaraq, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan 6 ölkənin vətəndaşlarına ABŞ ərazisinə daxil olmaq qadağan edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar