Xaçmazda dənizdə çimən şəxs boğularaq ölüb - FOTO

Xəzər dənizinin Xaçmazın Muxtadır kəndi ərazisinə düşən hissəsində boğulma hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, insident bu gün axşam saat 18:30 radələrində qeydə alınıb.

Hazırda şəxsiyyəti məlum olmayan təqribən 40-50 yaşlı şəxs dənizdə çimərkən batıb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar