Dəməşqdə baş verən partlayış nəticəsində 20 nəfər ölüb

Suriyanın paytaxtı Dəməşqdə minalanmış avtomobil partladılıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident paytaxtın Bab Tuma bölgəsində qeydə alınıb.

Hadisə nəticəsində 20 nəfər ölüb. Məlumata əsasən, bundan sonra şəhərdə daha iki avtomobildə aşkarlanan partlayıcı qurğular polis tərəfindən zərərsizləşdirilib.

Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar