“Qəbələ” Türkiyə klubunun hücumçusunu icarəyə götürüb

Dərc olunub: 02/07/2017 - 23:03

0d1128fe-f333-40d9-9f57-f44f2ccf34a8_292“Qəbələ” daha bir futbolçu transferini həyata keçirib.”Report”un klubun saytına istinadən verdiyi məlumata görə, malili hücumçu Famoussa Kone icarə əsasında 1 il “qırmızı-qaralar”ın formasını geyinəcək.
1994-cü il təvəllüdlü afrikalı forvard karyerasına Fransada başlayıb. Kone 2012 – 2016-cı illərdə “Bastiya” klubunun əsas və B komandalarında çıxış edib. 2015-2016-cı illərdə icarə əsasında Türkiyə “Samsunspor”unun uğurları üçün çalışan hücumçu ötən il “Göztəpə” ilə anlaşıb. 2016/2017 mövsümünün ilk yarısını İzmir klubunda keçirən malili qışda “Samsunspor”a icarəyə verilib. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında iştirak edib. Onun çıxış etdiyi yığma yarışın yarımfinalına qədər irəliləyib.
Qeyd edək ki, “Qəbələ” daha öncə İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone və şotlandiyalı Endi Hallideylə anlaşıb.


loading...




Fikrinizi bildirin