Azərbaycanda idarə rəisi kabinetində döyülüb

Cəlilabad rayonunda idarə rəisi döyülüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərdə yerləşən “Azərişıq” ASC-nin Cəlilabad nümayəndəliyində qeydə alınıb.

Yerli sakinlərin bildirdiyinə görə, Cəlilabad Elektrik Satış İdarəsinin rəisi, 57 yaşlı Aydın Əhməd oğlu Məmmədov kabinetində vətəndaşlar tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan idarə rəisinə kabinetində ilk tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Münaqişənin hansı səbəbədən baş verdiyi hələ ki, məlum deyil.

Artıq bu barədə poli şöbəsinə də məlumat verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar