ABŞ-da avtomobil piyadalara çırpılıb, xəsarət alanlar var

ABŞ-da avtomobil piyadalara çırpılıb.

"Report"un məlumatına görə, bu barədə "Boston Globe" polisin açıqlamasına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Massaçusets ştatında, Bostonda baş verib. İnsident zamanı azı 9 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.

Hələlik hadisənin başvermə səbəbləri barədə məlumat verilmir. Hüquq-mühafizə orqanlarınını əməkdaşları hadisə yerinə gəliblər.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar