İdmançılarımızdan möhtəşəm qələbə - Dünya kuboku Azərbaycana gəlir

01-02 iyul 2017-ci il tarixlərində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Qol Güləşi üzrə Dünya Kuboku-ZG STRONG 2017 yarışı keçirilib.

"AzPolitika.info" xəbər verir ki, Azərbaycan Qol Güləşi Federasiyası bu yarışda iki idmançı ilə təmsil olunub. Belə ki, 110 kq-dan yuxarı çəki dərəcəsində yarışlara tanınmış idmançılarımız Mirtaleh AslanovRüstəm Qurbanov qatılıblar. Komandamızın cəmi iki idmançıdan ibarət olmasına baxmayaraq, bu idmançılar ölkəmizi layiqincə təmsil edə biliblər. Rüstəm Qurbanov öz çəki dərəcəsində (+110 kq), sol əldə bürünc bürünc medal qazanıb.

Mirtaleh Aslanov isə, həm öz çəki dərəcəsində (+110 kq), həm də mütləq çəki dərəcəsində, sağ əldə bütün rəqiblərinə qalib gələrək, iki qızıl medala və Dünya Kubokuna sahib olub!

Diqqətəlayiq haldır ki, Xorvatiya mətbuatı da Azərbaycan idmançılarının Dünya Kuboku-ZG STRONG 2017 yarışında iştiraklarını ətraflı şəkildə işıqlandırıb.

Bu möhtəşəm qələbə münasibətilə idmançılarımızı və Azərbaycan Qol Güləşi Federasiyasını təbrik edirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar