Ermənistanda inqilab olacaq - Çağırış edildi

"Əminəm ki, 2018-ci ildə Serj Sarkisyan Ermənistanın baş naziri olacaq"

"AzPolitika.info" AzVision.az-a istinadla xəbər verir ki, bu fikirləri "Yelk" ittifaqından deputat seçilən Sasun Mikayelyan səsləndirib.

Müxalif deputat hesab edir ki, Ermənistanda məxməri inqilab olacaq, bunun üçün xalq səfərbər olmalıdır.

"2018-ci ildə Sarkisyanın prezidentlik müddəti başa çatdıqdan sonra, o, baş nazir vəzifəsində olacaq. Buna əminəm. Bu səbəbdən ölkədə inqilab olacaq, lakin bunun üçün əsaslar yaradılmalıdır".

Erməni deputat vurğulayıb ki, müxalifət yaranmış vəziyyətdən çıxmaq üçün xalqla birgə addım atmalıdır. Yalnız xalqın dəstəyi ilə Sarkisyanı devirmək olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar