Türk ordusunun Afrin planları - Bir güllə ilə iki dovşan? – Təhlil

Aydınlık Gazetesi (Türkiyə), 04.07.2017

 

Türkiyə silahlı qüvvələri “Demokratik Birlik” Partiyası (PYD) və PKK-nın Suriya qanadı Xalq Özünümüdafiə Dəstələrinin (YPG) işğalında olan Afrinə nisbətdə fəal əməliyyata başlamaq üçün bugünlərdə düyməni sıxıb.

Türkiyə Rusiyanın bu bölgədən gedişi ilə YPG-nin işğal etdiyi Afrinə artilleriya zərbələri endirməyi davam etdirir. Qaynaqlar xəbər verir ki, genişmiqyaslı hərbi əməliyyatlara sayılı günlər qalıb. Astana prosesi çərçivəsində Suriya probleminin tənzimlənməsi üzrə tərəfdaşlarımız Rusiya və İran bu əməliyyatda hansı rolu oynayır? Türkiyə Suriya ordusu ilə əməkdaşlıq edirmi? Afrinə paralel olaraq Mənbicdəki əməliyyata necə idarə olunacaq? “Aydınlıq” üçün bu sualların cavabvını strateji ekspert, istefadakı briqada generalı Naim Babüroğlu şərh edib.

Dəhlizin dağıdılması

PKK-nın Suriya qanadı YPG Afrini 2012-ci ildə işğal edib və kanton deyilən qurumun yaradıldığını elan edib. Sonra 2016-cı ildə Mənbic də işğal edilib. YPG işğalındakı bu iki bölgə Fəratdan qərbdə yerləşir. Afrinin bu cür özəlliyi var: həm bizim Kilis, həm də Xatayımızla həmsərhəddir. Amanos dağlarında iş görən PKK ən çox dəstəyi bu yerdən alır. Uyğun olaraq, Afrin PKK-nın daha çox dəstəkləndiyi, insan resursları ilə təchiz edildiyi Suriya rayonlaırndan biridir və Türkiyənin baxımından, bu özündə mühüm təhdid elementi gizlədir.

Bildiyiniz kimi, hazırda Suriyanın şimalında PKK dəhlizi deyilən keçid yaratmaq üçün planlar var. “Fərat əməliyyatı” sayəsində bu dəhliz bölünüb, lakin eyni zamanda Mənbic və Afrin də bu dəhlizin xəttindədir. Türkiyə bu rayonlarda yerləşmiş ünsürlər üzündən bu ərazilərə nisbətdə əməliyyat apara bilmədi. Hazırda isə ABŞ-ın Raqqada YPG ilə birgə apardığı əməliyyata Türkiyə üçün əlverişli imkan kimi yanaşmaq olar. İndi şərq bölgəsinin, Fəratdan qərbə dəhlizin ləğvi növbəsi çatıb. Rusiyanın gedişi bir neçə səbəbdən doğub. Rusiya görür ki, YPG Rakkada əməliyyatla ABŞ-a hədsiz dərəcədə yaxınlaşıb. Digər tərəfdən, məlumdur ki, Raqqadan sonra ABŞ/YPG-nin hədəfi Dəyr əz-Zor olacaq. Bu, Suriya ordusununn Rusiya qoşunu ilə birgə ələ keçirməyə çalışdığı bölgədir. ABŞ-ın “kimyəvi silah işlənsə, zərbə endirəcəyik” təhdidini də görən Rusiya üçün ABŞ-ın bölgədəki hədəfləri bundan sonra daha da aydınlaşıb.

Bununla yanaşı, İdlib mövzusu da gündəlikdədir. İdlibdə kimlər var? “ən-Nusra”, “Əhrar əş-Şam” kimi ultracihadçı radikal təşkilatlar… Bundan başqa, şərqdən gəlib İŞİD-ə qoşulan qruplar da var. Məsələn, “Reina” gecə klubunda kütləvi qırğın törətmiş “Xorasan qrupu” kimi. Rusiya çeçen, qırğız və s. millətlərdən ibarət İŞİD məsləkli bu qrupu onlar öz ölkələrinə qayıdana qədər neytrallaşdırmaq istəyir. Əməkdaşlığa yol da buna görə təmizlənib. Türkiyə, Rusiya və İran İdlibdə təmizliyə başlayacaq. Bu, 4-5 iyul Astana danışıqlarında aydınlaşacaq. Rusiya ardınca bu əməkdaşlığı Afrinə də keçirməyə razılaşıb.

Afrin Əl-Bab kimi nəzarətə götürüləcək?

Afrinə nisbətdə Əl-Babdakı kimi əməliyyat keçirilməyəcək. Yəni bütün şəhər nəzarətə alınmayacaq. İdliblə Afrin arasında yerləşmiş bir sıra yaşayış məntəqələri var. Xüsusən də Afrindən güneyə Təl-Rifət və Minniq hərbi aeroportu. Türkiyə burada bir neçə yaşayış məntəqəsinə nəzarətə başlayanda təhlükəsizlik zolağı yaranacaq və bunun sayəsində YPG və İŞİD qarşı dura bilməyəcək. Türkiyənin məqsədi də bundan ibarətdir.

Bu qayda ilə Türkiyə Afrində YPG-i çevrələyəcək və xarici bölgələrlə əlaqəsini kəsəcək. Mühasirə YPG-nin zəifləməsi və öz-özünə yox olmasını təmin edəcək. Əməliyyatın nə vaxt başlayacağını soruşsanız, düşünürəm ki, Astana görüşündən sonra olacaq.

Bir güllə ilə iki dövşan öldürmək

Suriya ordusu Rusiyanın xahişi ilə Afrin-Hələb yolunu bağlayıb və təhlükəsizliyini təmin edib. İqtisadi səbəblərdən savayı daha bir özəl səbəb var. Türkiyənin Mənbicdə mümkün əməliyyat üçün Afrindən gələ biləsi yardıma mane olmaq lazımdır. Suriya ordusu bunu etməklə Türkiyə ilə dolayı əməkdaşlıq edir. Türkiyə bu cür tarixi imkanı əldə edərkən Afrin əməliyyatına paralel olaraq sərhəddən 37 km cənubda yerləşən Süleyman şahın sərdabəsi əvvəlki yerini tutmalıdır. Bu qayda ilə Mənbicə girən və çıxan yol bir çox baxımdan nəzarətə götürüləcək. Təhlükə xeyli dəf olunacaq. Uyğun olaraq həm Afrində, həm də Mənbicdə PKK dəhlizi məhv ediləcək. Türkiyə bunu etsə, bir güllə ilə iki dovşan vuracaq.

 

Tərcümə Strateq.az-ındır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar