Naməlum şəxs polisi öldürərək bir nəfəri girov götürüb – Türkiyədə 

Dərc olunub: 04/07/2017 - 23:58

ecd22235-e4f1-47f5-b4b0-6e6b9b983e45_292Çərşənbə axşamı Türkiyənin şimal-qərbində naməlum şəxs məhkəmə binasında atəş açıb. Nəticədə bir polis zabiti ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti yazıb.

Məlumata görə, cani, həmçinin vəkili yaralayaraq bir nəfəri girov götürüb.

İnsident Bursa əyalətinin Gömlik şəhərində baş verib. Cinayətkarın şəxsiyyəti hələ müəyyən edilməyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və “təcili yardım” maşınları cəlb olunub.








loading...


Fikrinizi bildirin