İstənilən münaqişənin hərbi həll yolunun olmadığını demək səhvdir – Metyu Brayza

Dərc olunub: 05/07/2017 - 14:29

brayza-main1İstənilən beynəlxalq münaqişənin vasitəçiləri üçün bu münaqişənin hərbi həll yolunun olmadığını demək səhvdir.

Bunu Trend-ə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun bəyanatı vəziyyətə aydınlıq gətirmir:

“ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında adi qaydada zorakılığın pislənməsi səsləndirilir. Bu ifadələri dünyanın istənilən nöqtəsində istənilən münaqişəyə aid etmək olar”.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.


loading...




Fikrinizi bildirin