Ölkə yas içində - Fəvvarələr meydanında isə konsert gedir - FOTO

İyulun 4-ü saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Bütün ölkə əhalisi 18 aylıq Zəhraya görə yasa boğulub.

Musavat.com-un verdiyi xəbərə görə, hazırda "Tarqovı" kimi tanınan Bakının Nizami küçəsində caz konserti təşkil edilib.

Konsert öz axarı ilə davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar