Qusarda toyda qətl hadisəsi baş verib

Qusar rayonunda qətl hadisəsi baş verib.APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xural kəndində baş verib.

Kənddə keçirilən toy məclisində aralarında yaranan mübahisə zəminində 1982-ci il təvəllüdlü kənd sakini Ağabəyov Ramik Adil oğlu həmkəndlisi Ulubəyov İlqar Aydəmir oğlunu sındırılmış şüşə butulka ilə vuraraq qətlə yetirib.

Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar