İhsanoğlu CHP-ni parçaladı - Baykal "od püskürdü"

Türkiyədə Ekmeleddin İhsanoğlunun müxalifətin vahid namizədi seçilməsi CHP-ni qarışıdırıb.Avropa.info xəbər verir ki, İhsanoğlunun namizəd seçilməsinə etiraz edən keçmiş CHP başqanı Dəniz Baykal və 15 millət vəkili partiyanın qrup toplantısına qatılmaqdan imtina edib. "İhsanoğludan CHP-yə namizəd olmaz" deyən millət vəkilləri alternativ toplantı keçiriblər.

Baykala yaxınlığı ilə tanınan millət vəkillərinin keçirdiyi toplantıda Dilək Akagün Yılmaz, Tanju Özcan, Süheyl Batum, Əli Rza Öztürk, Hüseyn Aygün , Ümit Özgümüş və digərləri qatılıblar. Millət vəkilləri 4 maddədən ibarət qərar veriblər.

1- Klıcdaroğlu İhsanoğlunun namizədliyini yenidən gözdən keçirməlidir.

2-İhsanoğlunun namizədliyinə qarşı sərt bir bəyanat yayılsın.

3-Təcili olaraq qurultay çağrılsın və prezidentliyə namizəd qurultayda seçilsin.

4- Lazımdırsa , İhsanoğluna qarşı alternativ namizəd irəli sürülsün.

Məsələylə bağlı açıqlama verən Baykal özünün namizəd olmaq istəmədiyini, lakin İhsanoğlu qərarının yanlış olduğunu deyib. Baykal İhsanoğlunun CHP-nin namizədədi ola bilməyəcəyini qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar