HAKİM ELİTA TOYDAN ÇIXIB, TOYA TƏLƏSİB - 3 iri məmur eyni gündə övladına toy edib 

İyulun 7-də Azərbaycanın hakim elitasında toy həyəcanı yaşanıb.

"AzPolitika"ya daxil olan məlumata görə, həmin gün ən azı 3 yüksək vəzifəli şəxs övladına toy edib - dəvətlilər toydan çıxıb, toya tələsiblər.

Belə ki, "Azərenerji" prezidenti Etibar Pirverdiyev və Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev qız övladlarına, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev isə oğluna toy ediblər.

Hər üç toya dəvətli olan qonaqlar - nazirlər və digər yüksək rütbəli məmurlar gərgin bir gün keçiriblər - onlar bir toydan çıxaraq digərinə tələsiblər.

Allah xoşbəxt eləsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar