İraqda hamının haqları tanınır, bir türkmənlərdən başqa

İraqın şimalındakı İraq Kürd Muxtar İdarəçiliyinin (İKMİ) baş naziri Nəcrivan Bərzani “İraq Şam İslam Dövləti” (İŞİD) terror qrupılaşmasının maraqlarını müdafiə edən açıqlama verib.

N.Bərzani Mosul və ətrafındakı torpaqların “sünni xalqı”na verilməsinin gərəkliyini, onların da özlərinə aid bir idarəetmə qurumuna sahiblik haqqı olduğunu bəyan edir.

BBC- yə açıqlama verən N.Bərzani “Iraq artıq Mosul olaylarından əvvəlki dönəmə qayıda bilməyəcək və sünnilərin də bir idarəetmə haqqı var” deyib.

Bərzaniyə görə, “sünni xalqı” illərdir ki, İraq “şiə hökuməti” tərəfindən gözardı edilir, həm də sünnilər özlərini haqları tapdanmış sayırlar. Onun fikrincə, sünnilər üçün də ən doğru həll elə məəslənin siyasi baxımdan həll edilməsidir.

Barzani açıqlamalarında “bu bölgələri sünnilərə verməliyik və məncə hamımız üçün ən doğru model bu olacaq. Öncəliklə onların nə istədiklərinə tam olarak qərar vermələri lazımdır. Bizim baxışımıza görə, Iraqda bir sünni bölgəsinin olması ən yaxşısıdır, eynilə bizim Kürdüstana sahib olmağımız kimi" deyib.

Xatırladaq ki, 2003-cü ildə ABŞ hərbi birləşmələrinin İraqa daxil olması ilə Səddam Hüseyn hakimiyyəti devrilib. Bundan sonra İraqda 36-cı meridiandan yuxarı ərazilər heç zaman torpaqları, dövləti olmayan kürdlərə verilib. Faktiki kürdlər ABŞ-ın köməyilə İraq dövlətinin ərazisinin bir hissəsini özü üçün zəbt edib.

Sonradan bu bölgəyə İraq Kürd Muxtariyyəti İdarəçiliyi adı verilib. Kürdlər bura gələndən buranın daimi sakinləri olan türkmənləri sıxışdırmağa başlayıblar, onlara qarşı terrora əl atıblar. İndi təkcə İraqı deyil, bütün islam dünyasını hədələyən İŞİD-ə “qahmar” çıxan N.Bərzani ona aid olmyan dövlətin əraziləri hesabına terrorçu qruplaşmaya ərazi verilməsini bəyan edir. Adama deyərlər ki, “yoluqda nə vardı ki, moluqa verə”. Siz kürdlər ərəb və türkmənlərin torpaqlarına işğal nəticəsində sahib oldunuz. İndi sən Bərzani kimsən ki, İraq torpaqlarının müəyyən hissəsinin hansısa terror qruplaşmasına verilməsini bəyan edirsən.

Bu, Bərzaninin mövqeyi deyil, ABŞ-ın İraqı kürd, şiə və sünni İraqı altında üç yerə bölmək mövqeyinin Bərzaninin dilindən səsləndirilməsidir.

N.Bərzani yeni xalq “icad” edib, “sünni” xalqı. Hamı bilir ki, sünnilik islamda məzhəbdir. Bu məzhəb öz daxilində hənəfilik, malikilik, şafeilik və hənbəlilikdən ibarətdir. XVIII əsrdə yaranaraq islamın daxilinə qara yara kimi daxil olandan bu yana vəhabilər də özlərini sünni məzhəbindən sayır. İndi bu İŞİD Bərzaninin dediyi kimi, İraqın bir hissəsinə yox, bir sıra ərəb ölkələrinin, Türkiyə, İran və Azərbaycan kimi tarixi türk ərazilərinə iddia edir və şəriət dövləti quracağı nıyyətini diqqətə çatdırır .

İraqda hamının haqqı tanındı, yalnız İraq türkmənlərindən başqa, bu isə bütün türk dövlətləri adına utanc, zəiflik və təəssüb çəkməməkdir./contact.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar