Meksika həbsxanasında dəhşətli toqquşma - 5 məhbusun başı kəsildi

Meksikanın kurort şəhəri Akapulkodakı həbsxanada məhbuslar arasında baş vermiş toqquşma zamanı azı 5 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Herrero ştatının təhllükəsizliyin əlaqələndirilməsi qrupunun nümayəndəsi Roberto Alvares Erediya məlumat yayıb.

İlkin məlumatlara görə, öldürülənlərin başları kəsilib. Münaqişənin səbəbləri hələlik məlum deyil.

Hazırda həbsxanada vəziyyət yenidən təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Hadisə yerində qətlin təfərrüatlarını müəyyən edən ekspertlər işləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar