Daha bir jurnalist həbs olundu

Bu dəqiqələrdə Gəncə şəhəri Nizami rayonu Ağır Cinayətlərə Dair İşlər Üzrə məhkəməsində "Azadlıq" qəzetinin müxbiri Ərşad İbrahimov haqqında həbs-qətiimkan tədbiri seçilib.

Bu barədə Avropa.info ya Ərşad İbrahimovun qardaşı xəbər verib. Onun dediyinə görə, Ərşad İbrahimov Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş müdiri, hazırda haqqında Baş Prokurorluğun Korrupsiya İdarəsində korrupsiya faktları ilə bağlı cinayət işi açılmış Məhəmməd Bağırovun vəsatəti əsasında həbs edilib.

Qeyd edək ki, bölgələrdəki korrupsiya ilə bağlı yazıları ilə tanınan Ərşad İbrahimov Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırov tərəfindən bir müddət öncə məhkəməyə verilmişdi. Onun məhkəməyə müraciət etməsinə səbəb Ərşad İbrahimovun onun rəhbərlik etdiyi dövlət idarəsindəki korrupsuya faktları ilə bağlı yazdığı yazılar olmuşdu. Məhz bu yazılardan sonra Baş Prokurorluq yanında Korrupsuya İdarəsi Məhəmməd Bağırovun rəhbərlik etdiyi dövlət müəssəsində araşdırma aparmış və korrupsiya faktları öz təsdiqini tapmışdı. Bununla bağlı Baş Prokurorluğun bəyanatı da yaymışdı. Lakin bu gün jurnalist Ərşad İbrahimov Məhəmməd Bağırovun vəsadəti əsasında həbs olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar