Əbubəkr əl-Bağdadinin audiomüraciəti yayımlanacaq - KİV

İraq kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, öldürüldüyü bildirilən İŞİD lideri Əbubəkr əl-Bağdadinin audiomüraciəti yayımlanacaq. Mənbəyə görə, bununla da İŞİD terrorçuları rəhbərlərinin sağ olduğunu sübuta yetirməyə çalışırlar.

Virtualaz.org Qərb mətbuatına istinadən xəbər verir ki, İŞİD-in əlində olan şəhərlərdə bu gün cümə namazı keçirilməyib. Bundan az sonra məlumat yayılıb ki, yaxın vaxtlarda əl-Bağdadinin audiomüraciəti yayımlanacaq. İŞİD liderinin çoxdan bəri üzə çıxmaması onun öldürülməsi xəbərinin doğru olduğuna işarə edirdi.

Xatırladaq ki, iyun ayının ortalarında Rusiya Müdafiə Nazirliyi Rakka şəhərinin cənub hissəsinin bombalanması nəticəsində Əbubəkr əl-Bağdadinin öldürülməsi ehtimalının yüksək olduğunu bəyan etmiş, bundan az keçmiş İran mətbuatı İŞİD liderinin meyitinin fotoşəkillərini yayımlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar