Füzulidə 20 hektar sahədə biçilmiş taxıl sahəsi yanıb

Dərc olunub: 07/07/2017 - 21:42

c4ddda24b5b4964891ab65edc27b3cf3Füzulidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində sərhəd zolağı boyunca kənd bələdiyyəsinə məxsus ərazidə 20 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 16:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.










loading...


Fikrinizi bildirin