“Tramp və Putin arasında pozitiv kimya yaranıb” - Tillerson
Baxiş sayı:
Dərc olunub:
07/07/2017 - 23:51
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında ilk görüş zamanı pozitiv kimya yaranıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
“Prezidentlər arasında danışıqlar çox konstruktiv olub. Hər iki lider qısa zaman ərzində bir-biri ilə dil tapdılar. Aşkardır kı, Tramp və Putin arasında pozitiv kimya yaranıb”, deyə R.Tillerson bildirib.
Qeyd edək ki, bu gün Almaniyanın Hamburq şəhərində, G-20 zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçirilib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.