Kredit borcunu ödəyib, amma bank əlavə pul tələb edir – VİDEO

Dərc olunub: 07/07/2017 - 23:52

dollarkreditcredit-e1450852449758Bankdan kredit götürən şəxs məbləği ödəyib bitirsə də, ondan əlavə pul tələb edilib.

Bakı sakini Sarvan Allahverdiyev deyir ki, kredit ödənişlərini təxminən 8 ay gecikdirib. Daha sonra isə bütün məbləği birdəfəlik ödəyib. Ancaq o, kredit ödənişinin bitməsi ilə bağlı bankdan arayış ala bilməyib. Buna səbəb bankın ondan əlavə pul tələb etməsi olub.

Bank müştəridən işin məhkəməyə göndərilməsi üçün çəkilən xərcləri də tələb edib.

Araşdırma zamanı məlum oldu ki, bank işi hələlik məhkəməyə göndərməyib. Sadəcə müştəri haqqında məlumatların toplanılması üçün hüquqi xidmət göstərilən şirkətlərin biri ilə müqavilə bağlayıb.Vətəndaşdan tələb olunan da məhz həmin hüquq şirkətinə ödəniləcək xidmət haqqıdır.

Bank məsələləri üzrə ekspert Anar Ramazanov deyir ki, bu kimi hallar təcrübədə var və qanunsuz deyil. Ancaq buna baxmayaraq ekspert tövsiyyə edir ki, vətəndaşlar bu kimi xidmətlər adı altında bankın tələb etdikləri məbləği ödəməsinlər.

Anar Ramazanovun sözlərinə görə, bu məbləğlər müştəridən sadəcə məhkəmə qətnaməsi ilə alına bilər.Bunun üçün isə bank göstərilən xidməthaqları barədə məhəkəməyə rəsmi sənədlər təqdim etməlidirlər.








loading...


Fikrinizi bildirin