Vaşinqtonda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTO + VİDEO

Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Yerevanın hərbi təxribatlar nəticəsində Azərbaycanın dinc sakinlərin həlak olmasına qarşı etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, səfirliyin qarşısında insanlar iki yaşlı Zəhra Quliyevanın həlak olmasını pisləyiblər.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

https://cdn.trend.az/media/pictures/2017/07/07/video_070717_(1).mp4

https://cdn.trend.az/media/pictures/2017/07/07/video_070717_(2).mp4

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar