ABŞ-da ƏHALİNİN 11%-i, AZƏRBAYCANDA 5%-i YOXSULDUR? - Ekspertdən açıqlama

“Azərbaycanda 1,5 milyon nəfər muzdlu əməkçi var ki, bunun 900 min nəfəri büdcə təşkilatlarında çalışırlar. Azərbaycan əhalisinin isə 5 milyon nəfərindən çoxu əmək qabiliyyətlidir. Belə çıxır ki, təqribən 3,5 milyon nəfər işləmir, amma onların əksəriyyəti qeyri-leqal əmək bazarına cəlb olunublar. Ona görə də, ölkədə əhalinin hansı faizinin yardıma ehtiyacı olması, yoxsulluq həddindən aşağı yaşamasını demək çətindir, amma onların səviyyəsi yarım milyondan dəfələrlə çoxdur”. Bunu ekspert Natiq Cəfərli  “Exo” qəzetinə bildirib. “Azərbaycanda 500 min nəfər yoxsul var?” başlıqlı məqalədə Natiq Cəfərli ölkədə yoxsulluq səviyyəsi haqda danışıb.

Natiq Cəfərli bu sahədə rəsmi statistikanın gerçəkliyi əks etdirmədiyi qənaətindədir. N.Cəfərli bunu deyir ki, ölkədə yaşayış minimumunun hesablandığı indikatorlar çoxdan köhnəlib, odur ki, Statistika Komitəsi də rəsmi göstəriciləri buna uyğun “yonur”: “Ölkədə yaşayış minimumu 2017-ci il üçün 155 manat həcmində müəyyən edilib. Amma bu sahədə rəsmi statistika əhalinin real gəlirləri yox, ancaq nominal gəlirləri haqda göstəricilər verir. Ölkədə ikirəqəmli inflyasiyanı da nəzərə alsaq, bu ərzaq sahəsində 15%, ümumi halda 13% təşkil edir, bu zaman əhalinin real yox, nominal gəlirlərinin artımı mümkün görünür. Azərbaycanda təəssüf ki, bu barədə susurlar, amma dünya bunu həmişə nəzərə alır”.

İqtisadçı ekspertin sözlərinə görə, reallıqda yoxsulluq səviyyəsi Azərbaycanda 5% deyil, bu hədd ABŞ və Almaniya kimi inkişaf etmiş dövlətlərdə 11% və 9% təşkil edir.

N.Cəfərli vurğulayır ki, Avropanın ən kasıb ölkəsi olan Bolqarıstanda ərzaq və bəzi xidmətlərin qiymətləri Azərbaycanla müqayisədə iki dəfə aşağıdır, amma orada yaşayış minimumu 196 avrodur (380 manat).

Ekspertin fikrincə, Azərbaycanda yaşayış minimumu ən azı 250-300 manat müəyyən edilməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar