Erməni deputatlar Bakı bulvarında - FOTO

NATO-nun seminarı çərçivəsində Bakıya gələn erməni deputatlar Bakı bulvarında olublar.

“Qafqazinfo” xəbər verir ki, bulvarda çəkilən fotonu İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan özünün facebook səhifəsində paylaşıb. Politoloqla yanaşı, gəzintidə NATO PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan, İrs Partiyasının parlament fraksiyasının üzvü, deputat Tevan Poqosyan da iştirak edib.

Kirakosyan tvitter hesabında isə şəkli “bizim mühafizə xidmətimiz yaxınlıqdadır” şərhi ilə paylaşıb.

Qeyd edək ki, NATO Parlament Assambleyasının “Rose Roth” seminarı Bakıda iyunun 16-da başlayıb və 18-dək davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar