Ən ucaboylu insanlar hansı ölkələrdə yaşayırlar?

Tədqiqatçılar dünyadakı 18 milyondan çox insanın boy ölçülərini araşdırıblar. Tədqiqatın nəticələrı maraqlı faktlar ortaya çıxarıb.

Azərtac “Deutsche Welle” (“Alman dalğası”) agentliyinə istinadla xəbər verir ki, alman kişilərin boyu orta hesabla 179,9 santimetrdir. Bununla onlar dünyanın ən uzunboylu insanları arasında 11-ci yerdə qərarlaşırlar. Boyu orta hesabla 165,9 santimetr olan alman qadınlar isə 14-cü yerdədirlər. Bunu London İmperial Kollecinin alimləri dünyanın bütün qitələrindən olan 18,6 milyon iştirakçının boy ölçülərinə əsasən müəyyənləşdiriblər.

Ən uzunboylu insan boyu 82,5 santimetr olan niderlandlı kişidir. Qadınlar arasında isə siyahıya 170 santimetrlik boyu ilə latviyalı qadın başçılıq edir. Bu araşdırmanın nəticələrində diqqət çəkən xüsusi məqam nədir? Yer planetinin ən ucaboylu insanları Niderland, Belçika, Estoniya, Latviya, Danimarka və Çexiya kimi Avropa ölkələrində yaşayırlar. Ən qısaboylular isə cənub-şərqi Asiya, Afrika, Mərkəzi və Cənubi Amerika sakinləridir.

Dünyanın bir çox ölkələrində, məsələn, İran, İspaniya və İtaliyada insanlar 100 il bundan əvvəl indikindən daha ucaboylu idilər. Finlərin, yaponların və amerikanların isə, əksinə, boy ölçüləri indikindən az olub. Son 40 ildə isə əksər ölkələrdə orta hesabla insanların boyu 5 santimetrədək azalıb. Bu tədqiqat daha bir faktın üstünü açıb.

London İmperial Kollecinin əməkdaşı Məcid Ezzatinin sözlərinə görə, bu araşdırma son yüz il ərzində millətlərin sağlamlığı barədə məlumatı da aşkara çıxarır. Çünki bir insanın boyunun uzunluğu uşaq ikən onun yaxşı qidalanmasından və anasının hamiləlik zamanı sağlamlıq vəziyyətindən asılıdır. Buna görə də, M.Ezzatinin fikrincə, uşaqların həyata mümkün qədər yaxşı başlamaları üçün, ilk növbədə, onların qidalanması yaxşılaşdırılmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar