"Almaniya və Türkiyə arasında dərin fikir ayrılıqları ortaya çıxıb" - Merkel

merkel erdoganTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla keçirilən danışıqlar Berlin və Ankara arasında dərin fikir ayrılıqlarını ortaya çıxarıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel Hamburqda keçirilən G-20 sammitinin yekunlarından danışarkən bildirib.

“İkitərəfli danışıqlar aramızda dərin fikir ayrılıqlarının olduğunu üzə çıxartdı”, - deyə kansler bildirib. Bununla belə Merkel Türkiyənin və şəxsən Ərdoğanın sammitin işində fəal iştirak etdiyini qeyd edib: “Biz qaçqınlar və miqrasiyaya dair məsələlər üzrə Türkiyənin səylərini qiymətləndirdik”, - deyə o qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar