Mingəçevirdə mal-qara üstündə dava düşüb

Dərc olunub: 08/07/2017 - 23:12

ambulansMingəçevir şəhərində qonşular arasında 1 nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, şəhərin Niyazi küçəsində yaşayan 1957-ci il təvəllüdlü Abbasova Sitarə Həsən qızı mübahisə zəminində qonşusu Zamiq adlı cavan oğlan tərəfindən döyülərək ağır xəsarət alıb.

Qadın qarşı tərəfin onun başında bel sapı qırdığını da iddia edib. Dava zamanı Zamiqin 1961-ci il təvəllüdlü atası Cabbarov Zamin Şaxmalı oğlu isə həyəcandan infarkt keçirib. Xəsarət alan qadın və infarkt keçirən kişi təcili xəstəxanaya çatdırılıb. Hər iki şəxs həkim nəzarətinə götürülüb.
Bildirilir ki, münaqişə tərəflərdən hansınınsa mal-qarasının nəzarətsiz şəkildə qonşunun həyətinə girməsindən sonra baş verib.

Faktla bağlı araşdırma aparılır.












loading...


Fikrinizi bildirin