Neftimiz ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 7-də 47,25 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 2,16 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 7-də 46,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,18 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 7-də 44,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,1 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 7-də 46,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,07 dollar/barel azdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar