Çin ABŞ-ın təşkil etdiyi hərbi təlimlərə qatılacaq

Dərc olunub: 08/07/2017 - 23:56

cin gemiÇin Hərbi-Dəniz Qüvvələri 2018-ci ildə “Sakit okean hüdudu” (RIMPAC) beynəlxalq hərbi-dəniz təlimlərinə qatılacaq.

APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının sədri Si Tzinpin bildirib.

ABŞ-ın təşkilatçısı olduğu RIMPAC hərbi-dəniz təlimləri iki ildən bir Havay adaları akvatoriyasında keçirilir. İlk təlimlər 1971-ci ildə baş tutmuşdu.

Çin RIMPAC təlimlərində ilk dəfə 2014-cü ildə iştirak edib.








loading...


Fikrinizi bildirin