Gəncədə dostları ilə dalaşmış 39 yaşlı kişinin meyiti tapılıb

Gəncə şəhər sakinin meyiti tapılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında şəhərin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə bazarı” adlanan yerdə meyit aşkarlanıb.

Araşdırma zamanı məlum olun ki, ölən şəxs şəhər sakini 1978-ci il təvəllüdlü Orucov Ramin Adil oğludur. Meyitin üzərində xəsarət izləri olub. Məlumata görə, R. Orucov dünən gecə dostları ilə yeyib içdikdən sonra dalaşıb və müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar