"İran XİN-ni qətiyyətli mövqe göstərmir" - İranlı deputat

iran-_flag_tehran_030415İran parlamentinin Urmiyadan olan millət vəkili Ruhulla Xazretpur Ermənistan tərəfindən Dağlıq Qarabağda müsəlmanlara qarşı törədilən cinayətlərə qarşı qətiyyətli mövqe göstərmədiyinə İran XİN-nin ittiham edib.

Trend-in Anadolu-ya istinadən verdiyi məlumata görə, bu haqda İran mətbuatı xəbər verir.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə ünvanladığı müvafiq məktub İran parlamentinin açıq iclasında oxunub.

Məktubda deyilir: "Bu cinayətlərə susmaq İran XİN-nin və cənab Zərifin qüsursuz reputasiyasına kölgə salır".

Millət vəkili hesab edir ki, Dağlıq Qarabağda müsəlmanlara qarşı cinayətlərə İran XİN qətiyyətli mövqe nümayiş etdirməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar