Çeçenistanda 27 nəfər güllələnib! - Hakimiyyətin əmri ilə

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Çeçenistanda hakimiyyətin əmri əsasında 27 nəfər güllələnib. «Novaya qazeta»nın yazdığına görə, onların hamısı ötən ilin dekabrında polis əməkdaşının öldürülməsindən sonra keçirilmiş xüsusi əməliyyat nəticəsində tutulanlardı.

Yanvarın 26-da (2017) Qroznıda polis post-patrul xidməti alaylarından birinin dislokasiya olunduğu ərazidə kütləvi qətllər bvş verib. «Novaya qazeta» öldürülmüş 27 nəfərin siyahısını təqşdim edir, amma onların ümumi sayı 56 nəfərə çatır. Siyahıda əsasən, 30 yaşa qədər gənclərin adları gedir, bəzilərinin yaşı isə 20-dir.

Nəşrin məlumatına görə, amansızlıqla qətlə yetiriləndən sonra, onların cəsədlərini müxtəlif qəbristanlıqlara, o cümlədən, xristian qəbristanlığına aparıblar. İddia olunur ki, qətl barədə qərar mərkəzləşmiş qaydada, amma spontan olaraq verilib.

Edam zamanı Çeçenistan güc strukturlarının rəhbərləri, o cümlədən, Ramzan Kadırovun şəxsi mühafizəsinin rəisi Abuzeyda Vismuradov və daxili işlər nazirinin birinci müavini Apti Alaudinov ərazidə olublar.

Qətl barədə qəzetin informasiyasını İstintaq Komitəsindəki və Çesenistan başçısının adminitrasiyasındakı mənbələr təsdiqləyiblər. Bununla belə, nəşr qeyd edir ki, hələlik «Çeçenistanda məhkəməsiz qaydada kütləvi edamlar baş verib» iddiasını təsdiqləmək olmaz. Qəzet cinayət işi qaldırılmasını tələb edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar