Rusiyanın hərbi gəmiləri Latviya sərhədində! - Latviya xəbər verir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Latviya tərəfi Rusiya hərbi gəmilərinin bu ölkənin sərhədində üzdüyünü xəbər verir.

Latviya milli silahlı qüvvələrinin məlumatına görə, Rusiyanın sualtı qayıqlara dəstək «Kaştan» tipli gəmisi Latviyanın istisnasız iqtisadi zonasında dövlət sərhədinin 10 dəniz mili məsafəsində qeydə alınıb.

Bundan başqa, Riqada təsdiqləyirlər ki, Rusiyanın «İvan Qroznı» desant gəmisi Latviya sularına daxil olub. Bu, Latviya tərəfin yaydığı ilk uyğun xəbər deyil. Hələ may ayında latviyalı hərbçilər ölkə sərhədində Rusiyanın 3 hərbi gəmisini qeydə aldıqlarını xəbər vermişdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar