Goranboyda yük maşını maneəyə çırpılıb, iki nəfər xəsarət alıb

Dərc olunub: 09/07/2017 - 22:49

qeza-yol-nishaniBakı-Qazax magistral yolunda yük avtomobili maneəyə çırpılıb.APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb.
Soğan yükü ilə dolu olan “Qazel” markalı yük avtomobili hərəkətdə olarkən yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Həmçinin avtomobildə olan soğan yükü yola dağılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.








loading...


Fikrinizi bildirin