QEYRİ-NEFT SEKTORUNUN "ŞOK" İXRAC GÖSTƏRİCİLƏRİ- Siyahı

İqtisadçı Samir Əliyev feysbuk səhifəsində maraqlı statistik göstəricilər paylaşıb. Bu, 2016-cı ildə Azərbaycanın qeyr-neft sektoru üzrə ixrac göstəricilərindən bəzi seçmələrdir. Bu göstəricilər qeyri-neft sektorunun inkişafı haqda Azərbaycan hökumətinin illərdir səsləndirdiyi bəyanatların söz olaraq qaldığını əyani nümayiş etdirir.

Beləliklə, 2016-cı ildə qeyri-neft sektoru üzrə xaricə sata bildiklərimiz:

Diri at – 5 ədəd

Camış – 6 ədəd

Qabığı təmizlənmiş badam – 20 kq

Qabığı təmizlənmiş qoz – 80 kq

Təzə və ya qurudulmuş əncir – 20 kq

Təzə və ya qurudulmuş limonlar – 20 kq

Qurudulmuş qara gavalı – 40 kq

Nərə balıqlarının kürüsü – 30 kq

Aviasiyada işlənən təzə pnevmatik rezin şinlər – 59 ədəd

Təbii dəridən sakvoyajlar, çamadan, qadın yol çantaları – 7 ədəd

Ağacdan paltar asılqanları – 2 ədəd

Qadınlar üçün kimyəvi sapdan palto, yarımpalto, plaşlar – 5 ədəd

Kişilər üçün yun iplikdən trikotaj pencək və blayzerlər – 6 ədəd

Kişilər üçün kimyəvi saplardan trikotaj köynəklər – 1 ədəd

Qadınlar üçün trikotaj şalvar,önlüklü və qayışlı kombinezonlar, şortlar – 1 ədəd

Trikotaj əlcəklər – 30 cüt

Kişilər üçün toxunma kostyumlar – 3 ədəd

Qadınlar üçün çimərlik kostyumları – 2 ədəd

Sukeçirməyən altlıqlı, rezin və ya plastmass üstlü ayaqqabılar – 10 cüt

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar