Manaf Ağayevin yaxın qohumları qəzaya düşdü - Ölən və yaralanan var

2016-09-30-13-32-14manaf-agayevHacıqabul-Horadiz magistralının 68-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, magistralın Saatlı rayonu ərazisindən keçən hissəsində Cəbrayıl rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlunun idarə etdiyi VAZ-2106 markalı 63 BA 432 dövlət nömrə nişanlı avtomobillə Füzuli sakini, 1983-cü il təvəllüdlü Ağayev Mahir Zahid oğlunun idarə etdiyi "Niva” markalı 90 ZS 450 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə VAZ-2106-da olan sərnişin, Cəbrayıl rayon sakini, 1958-ci il təvəllüdlü Məhəmməd Nəbi oğlu Əliyev ölüb. Onun nəvəsi, 2014-cü il təvəllüdlü Əliyev Süleyman Vüsal oğlu Saatlı rayon xəstəxanasına və oğlu, 1984-cü il təvəllüdlü Əliyev Vüsal Məhəmməd oğlu isə açıq kəllə-beyin travması, komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Həkimlər Vüsal Əliyevin vəziyyətini çox ağır kimi qiymətləndirir.

Qeyd edək ki, "Niva” markalı avtomobilin sürücüsü tanınmış müğənni Manaf Ağayevin yaxın qohumu olduğu bildirilir.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar