Moldovada ermənilərin təxribatı ilə bağlı etiraz aksiyası keçirilib

İyulun 10-da Moldova Azərbaycan Konqresi və Konqresin Gənclər təşkilatının nümayəndələri Kişinyov şəhərinin mərkəzində, sonra isə Ermənistanın Moldova səfirliyinin önündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklərə etiraz olaraq yürüş və etiraz aksiyası keçiriblər.

APA-nın məlumatına görə, aksiyaya Moldovada yaşayan türk və qaqauz ictimai təşkilatlarının nümayəndələri də qatılıblar.

Aksiya iştirakçıları Ermənistanın işğalçı və təcavüzkar ölkə olduğunu bəyan edib, Ermənistan ordusunun vəhşiliklərini göstərən plakat və bannerləri, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndini atəşə tutması zamanı həlak olmuş 2 yaşlı körpə Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın şəkillərini nümayiş etdirib, Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar