ABŞ və Ukrayna Qara dənizdə birgə təlimlərə başlayır - Krım xəbərdarlığı?

ABSH-HerbiAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və Ukrayna Qara dənizdə «Sea Breeze 2017» birgə təlimlərinə başlayır. Tədbir bazar ertəsi (iyulun 10-u) start götürüb.

ABŞ Silahlı qüvvələri Avropa komandanlığından xəbər veriblər ki, bundan əvvəl illik təlimlərdə iştirakçı kimi Belçika, Bolqarıstan, Kanada, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Litva, Moldova, Polşa, Rumıniya, İsveç, Türkiyə və Böyük Britaniya sifariş olunub.

Təlimlərin gedişində iştirakçılar döyüş meydanının təcrid olunması tapşırığının yerinə ytirilməsini məşq edəcək, havadan və sualtı qayıqdan müdafiə, dəniz desantı və s. kimi tədbirlərə diqqət yönəldəcəklər.

Gözlənildiyi kimi, ABŞ tərəfdən təlimlərdə «USS Hue City» və «USS Carney» raket kreyserləri, sualtı qayıq əleyhinə «P-8A Poseidon» təyyarəsi iştirak edəcək. Ümumilikdə, ABŞ tərəfdən 800 hərbi-dənizçi və dəniz piyadası təlimlərə qoşulacaq.

Ukrayna tərəfdən isə təlimlərə 10-a yaxın gəmi və sahil-mühafizə kateri cəlb olunacaq

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar