Bakının mərkəzindəki "Şaurma"da yanğın olub, işçilər təxliyyə edilib

Bakının Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranda yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində restoranının mətbəxində 1 ədəd kartofbişirən aparat, 3 p.m elektrik kabeli və tüstü bacasında 4 p.m yağ qalıqları yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın "Azdram"ın yanındakı "Şaurma" restoranında baş verib. İşçilər təxliyyə edilib, 24 saat fəaliyyət göstərən müəssisənin işi dayandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar