PUTİNİN BUNKERLƏRİ – Nüvə müharibəsi hazırlıqları (Xüsusi məruzə)

Dərc olunub: 11/07/2017 - 12:14

ABŞ varlıları də “məşhər günü”nə hazırlaşır, yeraltı bunkerlər tikdirirlər!

pentaqon

Donald Tramp və Vladimir Putinin ilk görüşü ərəfəsində ABŞ Müdafiə Nazirliyi Rusiyanın hərbi imkanlarının dəyərləndirilməsi ilə bağlı xüsusi məruzə dərc edib. Ukraynanın “Korrespondent” nəşrinin məlumatına görə, Pentaqonun kəşfiyyat idarəsi tərəfindən hazırlanan həmin sənəddə deyilir ki, Rusiya hakimiyyəti Amerika və NATO-nu Rusiyaya, onun geosiyasi ambisiyalarına və həmçinin də Kremldəki rəhbərliyə qarşı başlıca təhlükə mənbəyi hesab edir.

Sənədin böyük hissəsi artıq bəlli olan faktlardan ibarətdir və onların bəzisi isə ictimaiyyətə açıq olan məlumatlardır. Ancaq bunlarla yanaşı, xüsusən Moskvadakı yeraltı kommmunikasiya sistemləri və psixoloji əməliyyatlar barəsində bir çox maraqlı məqamlar var. Belə bir məzmunda olan sənəd soyuq müharibə bitdikdən sonra ilk dəfədir ki, dərc edilir. Amerikan ekspertlərinin fikrinə görə, SSRİ-nin dağılmasından sonra bu cür hesabatlara ehtiyac yaranmamışdı.

- Putinin bunkerləri

bunker-rus

Amerikanlar belə bir fikrə gəliblər ki, Rusiya silahlı qüvvələri sovet irsi əsasında inkişaf edir və indiyədək də, SSRİ zamanından qalmış kifayət qədər köhnə döyüş texnikası nümunələrindən istifadə olunur.

Pentaqonun tərtib etdiyi sənəddə deyilir: ”Sovet dövründən qalma köhnə texnikaya baxmayaraq, ruslar öz hərbi strategiya, doktrina və taktikasına müasir xarakter verərək, kibersistemlər və Ukraynada müşahidə ertdiyimiz hibrid müharibəsi kimi üsulların tətbiqini həyata keçirə biliblər”.

Rusiya özünün nüvə silahından asılılığını azaltmağa və eyni zamanda da arsenalındakı boşluqları aradan qaldırmağa çalışır və həm də ki, nüvə başlıqları olmayan yüksək dəqiqlikli silahların hazırlanmasına xüsusi diqqət ayırır. Sənəddə deylir ki, son zamanlar Rusiya Suriyada bu cür silahları sınaqdan çıxarır.

Məruzədə qeyd edilir ki, Kreml dünya müharibəsinin mümkünlüyünü yox saymır və onlar əmindirlər ki, ABŞ-ın məqsədi Rusiyadakı rejimi dəyişməkdir.

Sənəddə deyilir: ”Moskvada güman edirlər ki, Amerika dünyaya vahid dəyərlər sistemini sırımağı arzulayır ki, bu da ona Rusiyanın daxili işlərinə qarşmaq və beləliklə də hakimiyyət dəyişikliyinə nail olmaq imkanı verə bilər”.

2035330

Pentaqonun məlumatına görə, nüvə müharibəsi təhlükəsi təqdirində Rusiyanın siyasi elitasının xilas edilməsi üçün Putinin iki böyük bunkeri var və həmin bunkerlərdə ümumən 10 min nəfər yerləşdirilə bilər. Bunkerlərdən birinin dərinliyi 300 metrdir və bu müdafiə qurğusu Kremlin altında yerləşir. Digəri isə, Moskva Dövlət Universitetinə yaxın yerdədir. Bu qurğular bir-biriylə yeraltı dəmir yolu tuneli vasitəsilə birləşir. Həmin tunellərlə digər mühüm nöqtələrə və Vnukovo aeroportuna getmək mümkündür.

Bundan başqa iki digər yeraltı müdafiə qurğusu Moskvanın 60 kilometr cənubunda yerləşir. Həmin bunkerlərdə ərzaq və yanacaq ehiyatı, oksigen, rabitə vasitələri, tibbi məntəqələr və həyat üçün vacib olan digər sistemlər saxlanılır.

- Varlılar özlərinə sığınacaqlar tikdirir və alırlar!

bunker01

Keçən ilin payızından bütün dünya KİV-ləri varlı amerikalıların necə müdafiə sığınacaqları tikmələri və ya belə qurğuları satın almaları barəsində aktiv şəkildə yazmağa başlayıblar. Bu barədə böyük materiallara ”Forbes”, ”New Yorker”, ”Spiegel”, ”New Zealand Herald” kimi jurnallarda daha çox yer verilir.

Jurnalistlər milyonçuların bunkerlərə olan marağını, nə edəcəyi bəlli olmayan Donald Trampın ABŞ-da hakimiyyət başına gəlməsi ilə əlaqələndirirlər. ”Forbes” jurnalı yazır ki, proqnozçu ekspertlərin fikrinə görə, varlılar planetimizin daha təhlükəsiz yerlərindən torpaq sahəsi alırlar.

Belə hesab olunur ki, ABŞ-ın Kolorado, Montana, Nebraska, Nyu–Meksika, Şimali Dakota, Texas və Vayominq kimi mərkəzi əraziləri sərt “postapokaliptik” (məşhərdən sonrakı) şəraitdəki yaşayış üşün daha uyğun məkanlardır. Belə ki, buradakı iqlim mülayim və əkinçilik üçün yararlıdır, okean isə buralardan kifayət qədər uzaqdadır.

Bu ştatlarda milyonçular tərəfindən tikilmiş artıq bir neçə sığınacaq var. “Linkedin”-in həmtəsisçisi və tanınmış sərmayəçi Reyd Hoffman “New Yorker”-ə verdiyi müsahibəsində deyib ki, onun hesablamalarına görə, Silikon vadisinin milyarderlərinin yarısından çoxu “məşhər günündən sığortalanmaq” üçün yeraltı bunkerlər alıblar.
“Forbes”-un jurnalisti Cimm Dobsonun sözlərinə görə, əksər milyarderlərin həmin sığınacaqlara istənilən an uça biləcək şəxsi təyyarələri var. Bu bunkerlərin içərisində isə, avtomobillər, motosikletlər, silahlar və həmçinin də, ayrıca elektrik generatoru var.

Maraqlıdır ki, daşınmaz əmlak satışı şirkətləri hazırkı fürsəti əldən verməyərək, daha çox dəyəri üç milyon dollar olan premium-klass yeraltı sığınacaqları tikirlər. Onlar, əsasən keçmiş hərbi bazalarda və ya raket üçün buraxılış şaxtalarında tiklir. Bu bunkerlərdə nüvə partlayışına davam gətirə biləcək qapılar quraşdırılır. Bunkerlər, həmçinin zirehli maşınlar, su və ərzaq anbarları kimi xüsusi təhlükəsizlik funksiyaları ilə də təchiz edilir.

V.Nəsibov
AzPolitika.info


loading...


Fikrinizi bildirin