ABŞ, Britaniya və Küveyt Qətər ətrafında vəziyyəti düzəltməyə çağırıblar - «Göydən 3 alma düşdü…»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ), Britaniya və Küveyt Fars körfəzində yaranmış diplomatik qalmaqalın bütün tərəflərini mübahisəni «mümkün qədər tezliklə» və dialoqun köməyi ilə həll etməyə çağırıblar.

«Kuna» agentliyinə istinadla, xəbəri «Röyter» agentliyi yayıb.

Xəbər verilir ki, Qətər ətrafında yaranmış vəziyyətin tənzimlənməsi işində Küveyt vasitəçi qismində çıxış edir. Yuxarıda xatırladılan bəyanat da ABŞ-ın dövlət katibi Reks Tillerson və Britaniyanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mark Sedvillin Küveytə səfəri ilə bağlı verilib.

Bundan əvvəl xəbər verilmişdi ki, Tillerson iyulun 10-da hakimiyyət dairələri ilə Qətər ətrafında yaranmış situasiyanı müzakirə etmək üçün Küveytə səfər edəcək.

İndi isə gəlin, bu qalmaqalın bəzi qaranlıq nüanslarına diqqət yetirək:

Birincisi, məlumdur ki, Qətər dünyanın ən nəhəng sıxılmış təbii yanar qaz ixracçılarından biridir.

İkincisi, bir neçə gün bundan əvvəl xarici KİV-lər xəbər verdilər ki, İstanbulda keçirilən neft konfransında Səudiyyə Ərəbistanı nümayəndəsi ölkəsində, qarşıdan gələn 10 il ərzində qaz hasilatını artırmaq məqsədilə bu sahəyə böyük həcmlərdə sərmayə yatırmaq niyyətindədir. Belədə, Səudiyyə hasil etdiyi qazı satmalıdır axı. Bu məsələdə Qətər onun əzəli-əbədi rəqibidir…

Üçüncüsü, yenə bir neçə gün bundan əvvəl xarici KİV-lərin yaydığı bir xəbərdə deyilirdi ki, «Avropanı Rusiyanın qaz asılılığından xilas etmək» məqsədilə, ABŞ bu bölgəyə sıxılmış yanar qaz ixracını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Yenə də bu məsələdə Qətər ABŞ üçün kifayət qədər güclü rəqibdir…

Görünür, ABŞ Qətərin sıxılmış qaz ixracının azaldırması barədə bu ölkənin hakimiyyəti ilə razılığa gəlib. ABŞ razılaşandan sonra isə Səudiyyə nə karədir ki, prosesə maneçilik törətsin?

Vəssalam, «göydən 3 alma düşdü - biri ABŞ-ın ikincisi də ABŞ-ın, üçüncüsü də…».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar