21 yaşlı gəlin yoxa çıxıb - VİDEO

Lənkəran rayon sakini 21 yaşlı Çinarə Həsənli iyunun 3-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

"AzPolitika"nın Xəzər TV-yə istinadla məlumatına görə, qızın anası iddia edir ki, övladı öldürülüb.

Arzu Abkərimovanın sözlərinə görə, qızı iki ildir ərdədir və ailəsində daim münaqişələr olub. Son dəfə qız, anası ilə telefonla əlaqə saxlayanda qayınanasının ona işgəncə verdiyini və döydüyünü bildirib.

Qızın anasının sözlərinə görə, övladı heç bir zaman belə etməyib. İşgəncə görsə də, heç vaxt evini tərk etməyib. İndi o, həm iki yaşlı övladını, həm də ailəsini gözü yaşlı qoyub.

Məsələ ilə bağlı qızın qayınanası Kinəvaz Məmmədova bildirdi ki, o, gəlininə heç bir zaman əl qaldırmayıb və hər hansı bir təzyiq göstərməyib. O, uşağın da anası üçün ağladığını deyir.

Hazırda Lənkəran polisi Çinarə Həsənlinin harada olduğunu araşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar