"Qarabağ" darmadağınla başladı - 5:0

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilib.

Qol.az-ın xəbərinə görə, ilk oyun günündə Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə qoşulub.

Ardıcıl 4-cü dəfədir ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın “Samtredia” klubunu qəbul edib.

Bundan əvvəlki üç mövsümdə ilk mərhələni adlayan Qurban Qurbanovun komandası bu cütün də favoriti hesab olunurdu. Rəqibinə 5 cavabsız qolla qalib gələn "Qarabağ" növbəti mərhələyə vəsiqəni böykü ölçüdə təmin edib.

11 iyul

Çempionlar Liqası

II təsnifat mərhələsiniin ilk oyunu

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:0

Qollar: Əfran İsmayılov, 10-pen. Dino Ndlovu, 36, 45+1-pen. Donald Gerryer, 81, Miçel, 90+1

Baş hakim: Mete Kalkavan

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar