Abbas Abbasovdan gözlənilən seçki çağırışı

“İlham Əliyev ləyaqətli xalqın ən layiqli seçimidir”

“Hesab edirəm ki, İlham Əliyev ləyaqətli xalqın ən layiqli seçimidir. Biz hamımız seçkilərə getməli və səs verməliyik”.

Modern.az bildirir ki, bu sözləri “Azerros”– Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri Abbas Abbasov ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayarkən bildirib.

“1991-ci ildən bəri Azərbaycan demokratik inkişaf prosesində böyük yol keçib. Bu hərəkat özünü əməli işdə göstərib. Hesab edirəm ki, ölkədəki bu günkü inkişafın əsas təminatı Azərbaycanın apardığı sabitlik və varislik kursudur. İndiyə qədər qurulmuş nə varsa dağıtmaq olmaz. İnkişaf kursu düzgün müəyyənləşdirlib və davam etdirilməlidir. Məhz bu Heydər Əliyevin əsasını qoyduğu demokratik vətəndaş cəmiyyətinin qorunmasına imkan verəcək”-deyə A. Abbasov bildirib.

O hazırkı prezident İlham Əliyevlə çalışdığını xatırladıb. “Bu fəaliyyətdə həmişə əsas məqsəd xalqa xidmət etmək durb. Mənim mövqeyim əvvəlki kimidir və dəyişməyib”-deyə A.Ababsov bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərinədək Moskvada açıq anti-Əliyev fəaliyyəti ilə məşğul olan A.Abbasovun indi bu mövqedən çıxış etməsi təəcüblü deyil. Nədən ki, A.Abbasovun missiyası artıq tamamlanıb - Putin Əliyevdən istədiyini alıb.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar