Rusiyalı vəkil təkzib edir! - Trampın oğluna kompromat vədi verməyib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyalı vəkil Natalya Veselnitskaya Donald Trampın oğluna Hillari Klintonun əleyhinə kompromat vəd etməsi barədə yayılan informasiyanı təkzib edir. Oğul Tramp da öz növbəsində, inandırmağa çalışır ki, sözügedən materialları əldə etmək xatirinə Amerika Birləşmiş Ştatlarının (ABŞ) maraqlarına zərbə vurmaq fikrində olmayıb.

«Foks nyüz» telekanalının, «Əgər Veselnitskaya ilə görüş oğul Trampa şübhəli, qanunazid və ya ABŞ-n maraqları əleyhinə sui-qəsd elementlərinin oldduğu kimi görünsəydi, o, necə hərəkət edərdi?» məzmunlu hipotetik sualına cavab olaraq, Prezident oğlu bəyan edib ki, bütün baş verənlər barədə kompetent orqanlara xəbər verərdi.

«Yüz faiz, mən heç vaxt öz ölkəmə ziyan gətirəcək heç bir hərəkət etmərəm» - deyə, oğul Tramp bəyan edib.

O, etiraf edib ki, Veselnitskayanın kimliyi və məhz nə ilə məşğul olduğu barədə təsəvvürə malik olub, ancaq onunla ötən ilin yayıdakı görüşü «əbəs yerə vaxt itkisi» adlandırıb.

Natalya Veselnitskaya isə öz növbəsində, «EnBiCi» kanalına müsahibəsində bəyan edib ki, Trampın oğluna Hillari Klinton barədə heç bir kompromat vəd etməyib və Rusiya hakimiyyətinə işlədiyini inkar edib.

Onun sözlərinə görə, həmin görüşün gedişində həmsöhəti ona bircə sual verib - «ABŞ Demokrat Partiyası milli komitəsinin şübhəli mənbələrdən vəsait almasını təsdiqləyən sübutları varmı?». Vəkilin sözdərinə görə, onda belə sənədlər olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar