Demokratlar Trampın impicment məsələsini irəli sürüblər

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Nmayəndələr palatasındakı dekmokratlar - Bred Şerman və El Qrin Prezident Donald Trampın impicment təşəbbüsünü irəli sürüblər. Səbəb - seçkiqabağı kampaniyanın gedişində onun özünün və ailə üzvlərinin Rusiya ilə əlaqələrinin araşdırılması məsələsində məhkəmə-hüquq sisteminə maneələr yaratması iddiasıdır.Uyğun bəyanatı çərşənbə günü Şerman yayıb.

«Mən şadam ki, Donald Trampın impicmenti Maddəsini irəli sürmək üçün konqresmen El Qrin mənə qoşuldu. İndi biz, nümayəndələr Palatasının hüquq komitəsini məcbur etməyə çalışacağıq ki, Rusiya müdaxiləsi və məhkəmə-hüquq sisteminə maneələr yaradılması ilə bağlı dinləmələr təşkil etsin» - deyə, Şerman qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar