ABŞ senatorları Səudiyyəni ittiham edirlər! - Terrorçuları dəstəkləməkdə

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) senatorları Səudiyyə Ərəbistanını terrorçulara dəstək verməkdə ittiham ediblər. Bu ölkənin terrorçuluğa geniş miqyaslı dəstək verməsi barədə respublikaçı-senator Bob Korker danışıb.

«Səudiyyə Ərəbistanı terrorçuluğu dəstəkləmək istiqamətində «ölçüyəgəlməz qədər» böyük iş görüb» - deyə, «Al-Jazeera» telekanalı senatordan sitat gətirir.

«Səudiyyə Ərəbistanı tərəfindən terrorçulara göstərilən dəstəyin həcmi Qətərin etdiklərini kölgədə qoyur. Mən, Ər-Riyadda keçirilmiş may konfransından sonra Səudiyyə Ərəbistanının etdiklərinə diqqət yetirərkən, çox məyus oluram. Həmin konfransın gedişində ərəb ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trampla görüşüblər. Mümkündür ki, bu, Səudiyyə Ərəbistanının cavan-təcrübəsiz varis- şahzadəsinin səhvidir» deyə, Bob Korker bəyan edib.

Korker onu da qeyd edib ki, ABŞ-ın Səudiyyə Ərəbistanı ilə bağlamış olduğu 10 milyardlarla hesablanan silah kontraktının bloklanması prosesində fəal iştirak edəcək (görünür ki, bu cənab da öz «pay»ını istəyir - red.).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar