«CNN» Trampın Ağalarovlar ailəsi ilə görüşünün videoyazısını dərc edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «CNN» kanalı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Rusiyalı milyarder Ağalarovlar ailəsi ilə görüşünün videoyazısını dərc edib.

Emin və Aras Ağalarovlar Donald Trampla 2013-cü ildə görüşüblər. Görüş «Miss ABŞ» müsabiqəsindən əvvəl baş tutub. «CNN» hesab edir ki, rolik Tramp və Ağalarovlar arasında sıx münasibətlərin mövcudluğundan xəbər verir.

Videoyazıda ABŞ Prezidenti Ağalarov haqqında «Rusiyanın ən nüfuzlu və varlı adamlarından biri» məzmunlu fikir söyləyir.

Yazıda həm də prodüsser Rob Qoldstounu görmək olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar